COP29

“Tottenhem” Londonda “Qarabağ”ı uda bilməsə, bir az məyus olacaq”

12 Sentyabr 11:00 Qarabağ 3 444
“Tottenhem” Londonda “Qarabağ”ı uda bilməsə, bir az məyus olacaq”

İngiltərədə Avropa Liqasının əsas mərhələsinin açılış turunun Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu ilə bağlı yazı dərc edilib.

Sportinfo.az xəbər verir ki, “The Spurs Web” portalı həmin matç haqda bunları yazıb:

"Tottenhem" Avropa Liqasına “Qarabağ”a qarşı ev oyunu ilə başlayır. Təbii ki, avrokuboklarda istənilən komanda hər kəsə qalib gələ bilər.

Lakin “Tottenhem” bu görüşdən 3 xalla ayrıla bilməsə, bir az məyus olacaq. Həm də bu komandanın diqqət yetirməli olduğu rəqib oyunçunu da qeyd etmək lazımdır:

Juninyo. "Qarabağ" bu qarşılaşmada nəyəsə nail olmaq istəyirsə, braziliyalı hücumçu Juninyonun ən yaxşı formada oynamasına ehtiyac duyacaq.

Proqnoz isə “Tottenhem”in “Qarabağ”ı 3:0 məğlub etməsidir”.

Qqarşılaşma sentyabrın 26-da Londonda keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?