COP29

"Qarabağ" Azərbaycanda bunu ilk dəfə etdi - YENİLİK

10 Sentyabr 00:30 Qarabağ 1 061
"Qarabağ" Azərbaycanda bunu ilk dəfə etdi - YENİLİK

“Qarabağ” məşhur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq.

“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq.

Oyunun 27 sentyabr 2024-cü ildə dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır.

Əlavə olaraq, öncədən sifariş edənlər üçün oyun 20 sentyabr tarixində “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

“Qarabağ” adıçəkilən futbol simulyatorunda yer alan ilk Azərbaycan klubudur.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…