COP29

"Qarabağ"dan əcnəbi futbolçunun ayrılığına "YAŞIL İŞIQ"

9 Sentyabr 14:00 Qarabağ 1 175
"Qarabağ"dan əcnəbi futbolçunun ayrılığına "YAŞIL İŞIQ"

"Qarabağ"ın yarımmüdafiəçisi Hamidu Keytanın "Konyaspor"a keçidi ilə bağlı iddialar həqiqətdir.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Ağdam təmsilçisi yaxın saatlarda fransalı oyunçunun gedişini rəsmi açıqlayacaq.

Son çempion 30 yaşlı futbolçunun Super Liqa təmsilçisinə keçidinə görə ona güzəştə də gedib.

Belə ki, heç cür əsas heyətdə möhkəmlənə bilməyən yarımmüdafiəçinin 2026-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq ona azad agent statusu verilib.

Klub futbolçunun getmək istəyini nəzərə alaraq bu addımı atıb.

Bununla da Türkiyə klubu əlavə xərcə düşmədən vingeri sıralarına qatmış olub.

Hamidu Keyta 2023-cü ildə "Zirə"dən "Qarabağ"a keçib.

O, "köhlən atlar"ın formasında meydana çıxdığı 54 matçda 9 qol, 7 asistlə yadda qalıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti