COP29

“Qarabağ" azarkeşlərinə YENİ MÜJDƏ - Çox az qaldı…

9 Sentyabr 23:40 Qarabağ 7 404
“Qarabağ" azarkeşlərinə YENİ MÜJDƏ - Çox az qaldı…

“Ludoqorets”lə cavab qarşılaşmasında sıradan çıxan Marko Yankoviçlə Marko Veşoviçin yoxluğu özünü göstərdi.

Zaqreb “Dinamo”su ilə qarşılaşmalarda Monteneqro millisinin də şərəfini qoruyan futbolçuların yeri aşkar görünürdü.

Düzdür, Veşoviç artıq zədəsini sağaldıb və hazırda öz ölkəsinin yığmasının sıralarındadır.

Yankoviçlə bağlı durumun da ürəkaçan olduğunu deyə bilərik.

“8 nömrə” hazırda bərpa prosesi keçir. Hələlik kollektiv çalışmalara qatılmasına icazə verilmir. Əsasən fizioterapevt nəzarətindədir. Bu, çox vaxt almayacaq.

Uzağı gələn həftə komanda ilə birlikdə hazırlıqlarda iştirak edə biləcək. Sentyabrın 14-də “Səbail”lə oyunda forma geyinə bilməyəcəyi dəqiqdir.

Ortaya hansısa əmma çıxmasa, 7-ci turda “Neftçi”ylə önəmli qarşılaşmada şans qazanacaq. “Tottenhem”lə səfər oyununa qədər isə tam hazır olacaq.

Yeri gəlmişkən, Londonda baş tutacaq “Tottenhem” – “Qarabağ” dueli sentyabrın 26-da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…