COP29

“Qarabağ” “Malyorka”dan daha yaxşıdır” - Bu transferə REAKSİYAKAR

7 Sentyabr 20:20 Qarabağ 4 629
“Qarabağ” “Malyorka”dan daha yaxşıdır” - Bu transferə REAKSİYAKAR

Bilindiyi kimi, “Qarabağ” bugünlərdə “Şaxtyor”un yetirməsi Aleksey Kaşukla üçillik müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin “köhlən atlar”la anlaşması “şaxtaçılar”ın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Bu barədə “ukrfootball.ua” saytı məlumat yayıb. Transferə istehzayla yanaşanlar da olub, oyunçunun yaxşı seçim etdiyini düşünənlər də.

Fivat İlyasov: “Qarabağ” “Malyorka”dan daha yaxşıdır. Azərbaycan çempionatı isə inkişaf edir”.

Spinosa: “Maraqlıdır, niyə heç kim Kaşukun Ukraynadan necə getdiyini araşdırmır?”

Teknik Besedina: “O, “Qarabağ”la xəyal etdiyi avrokubok oyunlarını inamlı keçirə biləcək”.

Anypol19: “Kaşuk düşünür: “Mən Avropaya, yüksək səviyyəli çempionata getmək istəyirdim. Təsadüfən Azərbaycana düşdüm”.

Rebrova: “Gülməli qərardır. Kaşuk “Şaxtyor”un yüksək keyfiyyətli cinah oyunçularından çox şey öyrənə bilərdi. Həm Çempionlar Liqasında çıxış edəcəkdi, həm də daha yaxşı futbolçu olacaqdı. Görəsən, müqaviləsini niyə uzatmaq istəmədi?”

Lvivkiper: “Kaşuk əsas oyunçu ola biləcəyi komandaya getdi. Onun indidən belə davranması təəssüf doğurur. Öyrənməli çox şey var. Hələ tez deyilmi?”.

Digər Xəbərlər
Xəbər Lenti