COP29

"Qurban Qurbanov hər şeyin ən bahalısına haqq edir" - VİDEO

7 Sentyabr 15:00 Qarabağ 654
"Qurban Qurbanov hər şeyin ən bahalısına haqq edir" - VİDEO

"Qurban Qurbanov hər şeyin ən bahalısına haqq edir".

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, “Qarabağ”ın baş məşqçisinin Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo Zaqreb”lə cavab matçından geyindiyi köynəyin qiyməti ilə bağlı yayılan iddialara sərt münasibət bildirib.

Tanınmış telejurnalist deyib ki, Qurbanov yaratdığı komanda ilə Avropaya səs salıb və onların uğurlu çıxışı uzun illərdir davam edir.

Rzayev söyləyib ki, təcrübəli mütəxəssis gərgin fəaliyyəti ilə Azərbaycanın idman imicini beynəlxalq arenada qaldırıb, bunu isə heç kim unutmamalıdır.

Aparıcı Qurbanovun köynəyini gündəmə gətirən şəxsləri qınayıb, onların “Qarabağ”ın qazandığı nailiyyətləri qsədən görməzdən gəldiyini vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti