COP29

Şahruddin komanda yoldaşı haqda: “O, sadəcə, vəhşidir”

6 Sentyabr 17:00 Qarabağ 5 157
Şahruddin komanda yoldaşı haqda: “O, sadəcə, vəhşidir”

“Adana Demirspor”dan ayrılaraq “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyev bir müddət öncə Rusiyada müsahibə verib.

Qapıçı həmyerlimiz Anar İbrahimovun aparıcısı olduğu və internet üzərindən yayımlanan “Topu çıxar” adlı verilişdə qonaq olub.

Məhəmmədəliyev geniş videomüsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib, səmimi cavablarla diqqət çəkib.

O, Adana təmsilçisində komanda yoldaşı olmuş dünya ulduzu Mario Balotellini daha yaxından tanıtmağa çalışıb:

“Bəzən əhvalı olmurdu. Lakin səbəbini heç kim bilmirdi. Çünki spesifik adamdır, öz dünyası var.

Necə məşq edəcək, necə oynayacaq – heç kim əvvəldən müəyyən edə bilmir. Motivasiyası varsa və ya oynamaq istəyirsə, sədəcə, vəhşidir.

“Nitsa”da oynadığı vaxt məşqlərin birinə həvəssiz gəlib. Bunu görən baş məşqçi Patrik Vyeyra göz jesti ilə ondan məşqi tərk etməyi istəyib.

Komandadakı ab-havanı pozmamaq üçün həftədə 1-2 dəfə onu məşqdən qovurdu.

Bu gün məşqdən uzaqlaşdırılır, sabah heç nə olmamış kimi gəlib hamıdan yaxşı məşq edir. Sanki dünən heç nə baş verməmişdi.

O, belə adamdır, heç kim onu dəyişə bilməz. “Adana Demirspor”da hamımız onu tanıyırdıq. Buna baxmayaraq, özünü mərd aparırdı”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti