COP29

“Qarabağ”ın vəzifəli şəxsi yeni transferlərin MÜJDƏSİNİ VERDİ - SON DƏQİQƏ

5 Sentyabr 14:40 Qarabağ 8 120
“Qarabağ”ın vəzifəli şəxsi yeni transferlərin MÜJDƏSİNİ VERDİ - SON DƏQİQƏ

«Düzünü bilmək istəyirsizsə, bunun sonuncu transfer olacağına inanmıram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.

Bilindiyi kimi, ölkə çempionu bugünlərdə Aleksey Kaşuku sıralarına qatıb.

«Köhlən atlar» Donetsk «Şaxtyor»u ilə müqaviləsi bitən və azad agent statusu daşıyan yarımmüdafiəçi ilə müqavilə imzalayıb. 24 yaşlı ukraynalı qarşıdakı 3 ildə Ağdam təmsilçisinin formasını geyinəcək.

20 ilə yaxındır «Qarabağ»ı uğurla idarə edən funksioner yeni transferlərin gözlənildiyini bildirib:

«Hələ axtarışlarımız davam eləyir. Skaut qrupumuz bu işlərlə fəal məşğuldur.

Təbii ki, transfer çalışmaları birbaşa Qurban Qurbanovun nəzarətindədir. Baş məşqçimizin istəyi üzərindən hərəkət olunur.

Qurban hocanın yenə bəyəndiyi futbolçu və ya futbolçular olacaqsa, onları da «Qarabağ»a gətirəcəyik».

Avropa Liqasının qrup mərhələsində mübarizə apacaq komandaya bu dönəmdə 6 futbolçu qoşulub.

Kaşukdan öncə Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addai düşərgəyə gətirilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var