“Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi müəyyənləşib.
Azərbaycan çempionu Liqa mərhələsində istifadə edəcəyi heyəti UEFA-ya göndərib.
Ağdam təmsilçisi yeni transferləri Aleksey Kaşuk və Emmanuel Addaini sifariş eləyib.
Siyahıda 3 futbolçunun adı yoxdur. Bunlar Şahruddin Məhəmmədəliyev, Hamidu Keyta və Redon Cicadır.
Onlar UEFA-nın qoyduğu limitə görə siyahıdan çıxarılıb. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir.
Limit 23+1-dir. Bu səbəbdən həmin oyunçular kənarda qalmalı olub.
Ötən il də “Qarabağ” analoji halla üzləşmişdi. Limit səbəbindən Adama Diakabi və Riçard Almeyda siyahıdan kənarda qalmışdı.
Ayyarım öncə «Adana Demirspor»dan geri dönən Şahruddin Məhəmmədəliyev məşqdə xəsarət alıb. Əlindəki köhnə zədəsini təzələyən qapıçı 3-4 ay yaşıl sahələrdən uzaq qalacaq.
Ad siyahıya düşməyənlərdən Keyta və Cica əsas heyət üzvü sayılmır. Onlar vaxtını əsasən ehtiyat skamyada keçirir.
Bu üzdən Qurban Qurbanovun seçiminə anlayış göstərmək lazımdır. Baş məşqçi rəqabətə tab gətirməyən legionerlərin artıq yer tutmasına niyə razı olsun ki?
SPORTİNFO.AZ