COP29

“Qurban Qurbanovun ciddi dəyişikliklər etməsi ona baha başa gəldi”

5 Sentyabr 02:50 Qarabağ 4 202
“Qurban Qurbanovun ciddi dəyişikliklər etməsi ona baha başa gəldi”

"Qarabağ" Premyer Liqanın evdə keçirilən 4-cü tur matçında "Turan Tovuz"a uduzdu - 0:1.

Sportinfo.az xəbər verir ki, Xorvatiyanın "24sata.hr" saytı "köhlən atlar"ın məğlubiyyətindən yazıb.

Həmkarlarımız "Qarabağ"ın növbəti dəfə şok yaşadağını qeyd edib:

"Bir həftədə ikinci məğlubiyyət... Onlar yenə şoka düşdü. ÇL-in pley-offunda keçirilən matçda "Dinamo"nun darmadağın etdiyi komanda bu dəfə Premyer Liqada uduzub.

"Turan Tovuz"la qarşılaşan "Qarabağ" evdə tarixində ilk dəfə bu rəqibə məğlub olub. Maraqlıdır ki, baş məşqçi Qurban Qurbanovun start heyətində ciddi dəyişikliklər etməsi ona baha başa gəlib.

"Turan Tovuz" Otto Conun penalti zərbəsiylə hesabı açıb. Futbolçu daha sonra təyin olunan penaltini də qolla tamamlasa, sözsüz, komandasına daha parlaq qələbə qazandıra bilərdi.

Əlbəttə, məğlubiyyət heç nəyi dəyişmir. "Qarabağ" turnir cədvəlinin lideri olmasa da, ölkəsinin ən güclüsüdür.

"Turan Tovuz"un bu komandanı səfərdə ilk dəfə məğlub etməsi də "Qarabağ"ın uzun illərdir hegemon olmasından xəbər verir".

Digər Xəbərlər
Xəbər Lenti