COP29

“Qurban Qurbanova hörmət etmək lazımdır, Azərbaycan futbolu üçün o qədər iş görüb ki...”

5 Sentyabr 02:10 Qarabağ 538
“Qurban Qurbanova hörmət etmək lazımdır, Azərbaycan futbolu üçün o qədər iş görüb ki...”

"Qarabağ"ın sabiq futbolçusu, hazırda futbol agenti kimi çalışan Boyan İliç sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo”ya qarşı keçirdiyi oyunlardan danışıb:

"Qarabağ" "Dinamo"ya qarşı ilk oyunda şansları əldən verdi. Axı, Zaqrebdə nə qədər qol şansları oldu.

Düzünü deyim, hələ "Dinamo"nun qapısı qarşısında bu qədər qol epizodu yaradan rəqib görməmişdim. 3:0 hesablı məğlubiyyət isə...

Heç oyuna görə deyildi. "Dinamo" təcrübəli və keyfiyyətli komandadır. Üstəlik, Marko Yankoviç və Marko Veşoviç də zədəyə görə oynamırdı.

Bu da "Qarabağ"ın oyununa təsir etdi. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə hazır idi.

Hər şey fərqli ola bilərdi. Sadəcə, fart gətirmədi".

Serbiyalı Azərbaycan çempionunun Avropa Liqasının yeni formatı ilə keçiriləcək oyunlarında uğurlu çıxış edəcəyini deyib:

"Püşkatma normal getdi. “Qarabağ” demək olar ki, bütün rəqiblərlə eyni səviyyədə oynaya bilər.

Hətta bəzi komandalar “Qarabağ”dan da zəifdir. Məncə, bu komanda növbəti mərhələyə adlayacaq gücdədir.

“Qarabağ” bu oyunlara hazırdır və keyfiyyətli oyunçuları var. Qurban Qurbanov hamıdan daha yaxşı bilir, hansı futbolçunu komandaya götürmək lazımdır, kimi yox.

Dəfələrlə bunu göstərib və hər dəfə haqlı çıxıb. Qurban Qurbanov kimi məşqçiyə və seçimlərinə hörmət etmək lazımdır.

Azərbaycan futbolu üçün o qədər işlər görüb ki, indi "Qarabağ"ı bütün dünya tanıyır".

Digər Xəbərlər
Xəbər Lenti