“Çətin oyun olacağını bilirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov deyib.
O, Premyer Liqanın 5-ci turunda “Zirə”ni 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb:
“Matça yaxşı hazırlaşmışdıq. “Zirə” son mövsümün gümüş medalçısıdır. Üstəlik, bu mövsümə də yaxşı başlayıblar.
Düzgün oynadıq, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik və qalib gəldik”.