COP29

“Qarabağ” rəhbərliyi xaricdən təklif gələn futbolçularına MÜHÜM JEST ETDİ!

4 Sentyabr 14:00 Qarabağ 4 534
“Qarabağ” rəhbərliyi xaricdən təklif gələn futbolçularına MÜHÜM JEST ETDİ!

«Qarabağ» rəhbərliyi cari mövsüm üçün öncədən nəzərdə tutulmuş büdcəyə düzəliş edib.

Ağdam təmsilçisinin başbilənləri kluba ayrılan xəzinəni bir qədər də artırıb.

Qurban Qurbanovun məsləhətinə dəyər verən rəsmilər müqaviləsi davam eləyən futbolçuları sevindirib.

Onların kontraktında əksini tapan maliyyə öhdəliyinə baxılıb və ora əlavələr olunub. Bura həm yerlilər, həm də legionerlər daxildir. Hər birinin əməkhaqqısı 20-25 faiz artırılıb.

Bu da başadüşüləndir. Yayda əksər oyunçulara xarici ölkələrdən dəvətlər gəlib. «Qarabağ»da qazandıqları məbləğdən qat-qat artıq məbləğ təklif olunub.

Yönətim komandanın birliyini qorumaq, kənar təsirləri minimuma endirmək üçün belə addım atıb. Yəni, hamının fikri burada olsun, başqa çağırışlar diqqəti yayındırmasın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti