COP29

"Qarabağ"ın Avroliqada qrupdan çıxmaq şansı bu FOTOda

4 Sentyabr 2024 00:40 Qarabağ 1 537
"Qarabağ"ın Avroliqada qrupdan çıxmaq şansı bu FOTOda

Avropa Liqasında oynanacaq matçlardan sonra ortaya çıxacaq cədvəl süni intellekt tərəfindən simulyasi edilib.

Sportinfo.az xəbər verir ki, siyahı "Football Meets Data" tərəfindən hazırlanıb.

Simulyasiyada liqa mərhələsindən sonra klubların ilk 8 və 24 yeri tutma ehtimalları göstərilib.

Siyahıya görə, təmsilçimiz "Qarabağ"ın ilk 8-də yer alma ehtimalı 12 faiz, ilk 24 sırada yer alma ehtimalı isə 65 faiz olaraq dəyərləndirilib.

Siyahıda ilk onluqda türk klublarından "Qalatasaray" yer alıb - klub 41 faiz ehtimalla ilk 8-də, 87 faiz ehtimalla ilk 24-də olacaq.

Fiqa mərhələsində ilk 8-də yer alan klublar birbaşa növbəti mərhələyə keçəcək, 9-24-cü yerdə olanlar isə play-off oynayacaq. 24-36-cı yerləri tutan klublar yarışdan kənarda qalacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti