COP29

"Qarabağ" 3:0-la "Olimpiakos"a travmatik təcrübə yaşatdı"

2 Sentyabr 01:00 Qarabağ 1 541
"Qarabağ" 3:0-la "Olimpiakos"a travmatik təcrübə yaşatdı"

Yunanıstanda “Olimpiakos”un Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Qarabağ”la bağlı yazı dərc edilib.

Sportinfo.az xəbər verir ki, “RED LINE” “Qarabağ”ın bu mövsümkü ÇL-in təsnifat mərhələsindəki performansından da yazıb:

"Olimpiakos 2022/2023 mövsümünün Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oynadı və evdə 0:3 (səfər matçı heç-heçə bitdi - 0:0) hesabı ilə ağır məğlubiyyətə uğradığı üçün travmatik təcrübə keçirdi.

Azərbaycan çempionu bu il Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb, burada Cəbəllütariqin “Linkoln” klubunu asanlıqla sıradan çıxarıb (2:0, 5:0).

Daha sonra evdə 1:2 hesabı ilə uduzduqları "Ludoqorets"i əlavə vaxtda Bolqarıstanda 7:2 hesabı ilə məğlub etdilər! Lakin onlar “Dinamo”dan (Zaqreb) iki məğlubiyyətlə (0:3 və 0:2) pley-offdan kənarlaşdırıldılar".

"Qarabağ"ın Avropa Liqasında oyunlarının təqvimi müəyyənləşib.

Ağdam təmsilçisinin "Olimpiakos"la görüşü 2025-ci il yanvarın 30-da Pireydə keçiriləcək və görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM