COP29

“Qarabağ”ın oyununda xoşagəlməz hal: Belə olmur, cənablar - VİDEO

1 Sentyabr 21:15 Qarabağ 5 921
“Qarabağ”ın oyununda xoşagəlməz hal: Belə olmur, cənablar - VİDEO

“Qarabağ” – “Dinamo” matçından sonra (0:2) azarkeşlərin böyük qismi stadionu məyus tərk etsə də, bir sıra gənc və yeniyetmə xəyalının reallaşmasının arzusundaydı.

Sevimli komandaları Çempionlar Liqasında məğlub olsa da, onlar futbolçuların futbolkalarına ən dəyərli hədiyyə kimi qovuşmaq niyyətindəydi.

Futbolçular paltardəyişmə otağının yolunu tutanda, adlarını bir-bir çağırır, əllərindəki kağız parçaları ilə forma istəklərini göstərirdilər.

Düzdür, Yassin Benzia ilə Bəhlul Mustafazadə iki nəfərin könlünü şad etməyi bacardı.

Lakin həmin anda polis serjantlarının və Daxil Qoşunların əsgərlərinin azarkeşlərə qarşı davranışı bərbad mənzərəyə səbəb oldu. Fanatları sərt, bir az da kobud formada tribunadan uzaqlaşdırmaq onların vəzifə borcu deyildi.

Bilet alıb stadiona gələn azarkeş yer aldığı tribunadan futbolçuya səslənə, ona dəstək verə, hətta ayağındakı getri hədiyyə kimi istəyə bilər.

Dünyanın hər yerində görməyə alışdığımız hal qanun, yaxud asayiş pozuntusu sayılmır.

Təəssüf ki, Azərbaycandakı asayiş keşikçiləri işini tez başa vurub arenanı tərk etmək üçün çıxış yolunu azarkeşləri tribunadan uzaqlaşmaqda görür.

Bu cür hallar gecə-gündüz inkişafına çalışdığımız, tribunalara azarkeşlərin gəlməsi üçün çalışdığımız ölkə futbolu adına heç də xoş hal deyil.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM