COP29

“Neftçi”də oynamış xorvat: "Dinamo" "Qarabağ"dan daha yaxşı komandadır"

30 Avqust 01:50 Qarabağ 613
“Neftçi”də oynamış xorvat: "Dinamo" "Qarabağ"dan daha yaxşı komandadır"

Vaxtilə Azərbaycanda "Neftçi"nin formasını geyinmiş Darko Çordaş sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda futbol agenti kimi çalışan xorvatiyalı Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Dinamo"(Zaqreb) görüşü barədə danışıb.

O, Azərbaycan çempionunun bu mərhələdə dayanması haqda fikirlərini bildirib. Həmçinin, "Qarabağ" niyə "Dinamo" səddini keçə bilmədi" sualını bu cür cavablandırıb:

"Nəyə görə? Bu suala cavab vermək çox asandır. Çünki "Dinamo" "Qarabağ"dan daha yaxşı komandadır.

Bakıda da layiqli şəkildə qalib gəldilər. Doğrudur, "Qarabağ" da güclü komandadır.

Sadəcə, Dinamo" yaxşı oynadı və layiq olduğu qalibiyyəti əldə etdi".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi