COP29

“Qarabağ”ın futbolçusuna yer edən nə olub? – ÖZÜ AÇIQLADI

29 Avqust 21:00 Qarabağ 5 635
“Qarabağ”ın futbolçusuna yer edən nə olub? – ÖZÜ AÇIQLADI

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı.

Pley-off mərhələsinə yüksələn təmsilçimizin əsas mərhələyə gedən yolunu “Dinamo” kəsdi.

Zaqreb təmsilçisi öz meydanında əldə etdiyi 3:0 hesablı qalibiyyətin davamını Bakıda 2:0 hesablı qələbə ilə gətirdi.

Matç başa çatandan sonra hamı kimi Leandro Andrade də məyus idi. Cinah yarımmüdafiəçisi danışmaq üçün sözünün olmadığını desə də, Sportinfo.az-a məğlubiyyət barədə şərh verdi:

“0:3-a baxmayaraq, gücümüzə inanırdıq və qalib gələcəyimizi düşünürdük. Nə bacarırdıqsa, 100 faizini ortaya qoyduq.

Fikrimcə, pis oynamadıq. Lakin futbol belədir.

Qol vuran tərəf qələbə qazanır. İki oyundakı epizodlara baxsaq, saysız qol fürsətləri yaratmışıq.

Ancaq son nöqtəni qoymaq problemi sonluğu belə alındırdı. Videoyazıya baxaraq hansı anlarda səhvə yol verdiyimizi, yaxud nə etməli olduğumuzu müəyyənləşdirməliyik.

Açıq danışaq, “Dinamo” böyük klubdur, təcrübə baxımından bizi üstələyir, keyfiyyətli oyunçulara sahibdir. Onlar bu cür hallara öyrəşiblər.

Ən çox mərhələ keçə bilməməyimizə yox, bu cür məğlub olmağımıza üzülürəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi