COP29

Qurban Qurbanov onların sirrini çözdü, 11 nəfər inanmadı

29 Avqust 17:00 Qarabağ 1 159
Qurban Qurbanov onların sirrini çözdü, 11 nəfər inanmadı

Üçüncü cəhd nəticə vermədi. «Qarabağ»ın arzusu ən azı növbəti ilədək ertələndi.

«Öz yıxılıb ağlamaz» deyibən…

Amma… Bu işin indi «amma»sı yox amma.

Hər şey bir qırpımında baş verdi və gəlib keçdi. İnanmaq yenə çətindir, ancaq oldu.

Bu yayın «Qarabağ»ı səfər komandasıdır. Razqradda və Zaqrebdə buradakından daha yaxşı oynamışdılar.

«Ludoqorets»ə də Bakıda uduzmuşdular. Bolqarıstanda 7 qol vurdular, tarix yazdılar.

Di gəl, bu tarixi Zaqrebdə təkrar yazmaq müəssər olmadı onlara. Azından dörd-beş qol epizodunu amansızcasına israf etdilər.

Eyni hal dünən də baş verdi. Və yenə «Dinamo» qalib gəldi.

Gerçəyi demək gərək: «Dinamo» dünən Bakıda şou göstərmədi, əlahiddə oyun nümayişi etmədi.

Fantastik bir rəqib kimi yaddaşımızda iz buraxmadı. Komandadır da, orta səviyyədən bir balaca yüksək.

«Dinamo»nu udmaq, mərhələni keçmək, ikinci dəfə qruplara qalmaq olardı. Olmaması yandırır adamı.

Deyirlər ki, «Dinamo»nun hücum xətti kimi, müdafiə zonası da güclüdür. Bu iddiala olanlara gülməyim gəlir.

«Qarabağ» hər iki qarşılaşmada qol epizodlarını mişar daşı kimi bir-birinin üstünə düzdü, hansı güclü müdafiə xəttindən danışırıq biz?

«Qarabağ»da elə fütbolçu qaldımı ki, fərqlənmək üçün fürsət əldə etməsin? Bu, məşqçi zəkasının, ağlının nəticəsi idi.

Sərəncamındakılar Qurban Qurbanovun taktiki lövhədə çozdüyü rəqibi yaşıl meydanda məğlub eləyəcəklərinə ürəkdən inanmadı, təlaşlandı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi