COP29

Günün sualı budur: Qurban Qurbanov nə etməli idi, edə bilmədi? - VİDEO

29 Avqust 14:40 Qarabağ 1 003
Günün sualı budur: Qurban Qurbanov nə etməli idi, edə bilmədi? - VİDEO

“Bəzən reallıqları görürük, amma bir ümid yerinin olduğunu hiss edirik.

Məhz azarkeşlər də səfərdəki ilk oyundan sonra ehtimal kimi “Qarabağ”ın geridönüşünü gözləyirdilər.

Amma olmadı. “Dinamo” müdafiədə kompakt, bütün zonalarda, topsuz və ya topsuz oyunlarda çox yaxşı təşkilatlanmış kollektiv idi.

Azərbaycan ictimaiyyətinə belə bir inamı qazandırdığına görə Qurban Qurbanova təşəkkür edirik.

Yəni, 0:3 hesablı məğlubiyyətə rəğmən, azarkeşlərimizin “Qarabağ”ın möcüzəyə imza atacağına inandırdığına görə Ağdam klubunu alqışlayır, Avroliqanın liqa mərhələsində uğurlar arzulayırıq”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Dinamo Zaqreb” matçı (0:2) barədə danışıb, komandamızın hansı komponentlərdə rəqibinə uduzduğuna dair şərhlərlə diqqət çəkib.

Elçin Cəfərov onu da əlavə edib ki, müdafiə olunmada problemlər, mövqe sığortalarındakı gecikmələr “Qarabağ”ın ənənəvi oyun planını tətbiq etməyində müəyyən gecikmələrə səbəb olub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi