
“Qarabağ”ın müdafiəçisi Toral Bayramov azarkeşlərə səslənib.
Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” ilə sabah keçiriləcək cavab görüşündə fanatları tribunaları doldurmağa çağırıb.
Toral “Qarabağ”ın rəsmi səhifəsində bilet satışı ilə bağlı paylaşıma rəy yazıb:
“Əziz azarkeşlər, gəlin siz hesabı açın. Biz qələbə topunu vuracağıq!”.
“Qarabağ” ilk oyunda “Dinamo”ya 0:3 hesabı ilə uduzub. Avqustun 28-də keçiriləcək cavab matçı 20:45-də start götürəcək.