COP29

Vay "Qarabağ", ah "Qarabağ"!

21 Avqust 19:00 Qarabağ 3 816
Vay "Qarabağ", ah "Qarabağ"!

Hərdən belə olur.

Həmişə belə olur.

Nə vaxt ki, şansdan vaxtında yararlanmırsan, ələ düşən imkanları bir-birinin ardınca boşa verirsən, mütləq surətdə cəzalanacaqsan onda.

Bu, hər işdə, hər sahədə belədir. Futbolda özəlliklə.

«Vurmayana vurarlar» deyimi boş yerə yaranmayıb, bunun uzun illərə söykənən keçmişi var, saysız-hesabsız nümunələrini görmüşük.

«Qarabağ» Zaqrebdə o gecələrdən birini yaqadı. «Dinamo» səviyyəcə «Ludoqorets»in bir üstüdür, bu heç.

İstər fərdi, istərsə də komanda şəklində bir başqa ranqdır

. «Dinamo»nun futbolçularını bu gün vitrinə çıxarsan, əksəriyyəti 1 gün də yerdə qalmaz, yüksək qiymətə satılarlar.

Ancaq sən «Qarabağ» rəqibin zəif nöqtələrini düzgün tapdığın və dəfələrlə qol epizodu yaxaladığın halda, tabloda adının qabağında yazılan «0»ı pozmursansa, nə göyə boylanacaqsan, nə də gözünü yerə dikəcəksən.

Futbolçun əlini başına çırpa-çırpa düşünməlidir ki, axı mən nə etdim, niyə belə etdim.

Ay başına döünm, bu qədər fürsəti necə boşa vermək olar?! Buyur, bu da 0:3!

Şübhə etmirəm ki, «Dinamo» Bakıda qapanacaq. Böyük qüvvə ilə müdafiəyə çəkilib, əks-hücumda qol arayışına çıxacaqlar.

Min kərə təəssüf, cütün taleyini Zaqrebdə aydınlaşdırmaq olardı, ən gözəl fürsət qaçırıldı.

«Qarabağ» Bakıda dünənkindən on dəfə artıq əziyyət çəkib, son kozırlarını istifadə etməli olacaq. O da sual altındadır.

«Dinamo» hesabın ona gətirdiyi könül rahatlığı ilə «Qarabağ»lıların əsəblərini tarıma çəkməyə çalışacaq, tövrünü qoruyacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…