COP29

Xorvatlardan maraqlı yanaşma: “Qarabağ” çox yaxşı komandadır, sadəcə...”

21 Avqust 20:40 Qarabağ 984
Xorvatlardan maraqlı yanaşma: “Qarabağ” çox yaxşı komandadır, sadəcə...”

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında məğlub oldu.

Zaqrebdəki “Maksimir” stadionunda keçirilən oyunda “Dinamo” Azərbaycan çempionunun qapısından 3 cavabsız top keçirməklə böyük üstünlük qazandı.

Oyun başa çatandan sonra “Qarabağ” azarkeşləri iki məqamı xüsusi şəkildə qabartmaqla yadda qaldı - Fabiyan Buntiçin qapıdakı inamsız çıxışını və Marko Veşoviçlə Marko Yankoviçin yoxluğunu.

“Dinamo” fanatları isə kifayət qədər sevincli görünür. Xorvat tərəfdarlar klubun sosial media səhifələrindəki şərhlərdə maraqlı yanaşmalarla yadda qalıblar ki, aralarında “Qarabağ”a tərif yağdıranları da görmək mümkündür.

“Azərbaycana bpyük üstünlüklə yollanacaqsınız. Qorxmağa və həyəcanlanmağa gərək yoxdur. Ötən il PAOK-la oyundakı situasiya təkrarlanmasın”.

“Hə, görək “Qarabağ”ın dilli azarkeşləri indi nə yazacaqlar”.

“İnamlı oyunla parlaq qələbə. Cavab oyununda rəqibə Zaqrebdəki imkanları vermək olmaz”.

“Qətiyyən arxayınlaşmaq olmaz. Bu komanda öz meydanında çox yaxşı oynayır. İlk hissə başa çatdı, ikinci hissəni gözləyək. Bilirəm ki, çox çətin olacaq”.

“Səmimi sözümdür, “Qarabağ” çox yaxşı komandadır. Sadəcə, “Dinamo” təcrübə hesabına onları üstələdi. Cavab matçı maraqlı və çətin olacaq”.

“Təbriklər! Təbriklər! “Qarabağ” ilk dəqiqələrdən öz meydanında üstümüzə gələcək. Hücumları təhlükəli olur. Ümid edirəm ki, ilk dəqiqələrdə qol buraxmayacağıq”.

“Ludoqorets”i nümunə gətirənlər, indi gördünüz ki, “Dinamo” “Ludoqorets” deyil? 0:3-dən sonra azərilər çətin özlərinə gələ”.

Komandalar arasındakı cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oyun saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…