COP29

“Qurban Qurbanov "Qarabağ" üçün böyük üstünlükdür”

21 Avqust 22:40 Qarabağ 598
“Qurban Qurbanov "Qarabağ" üçün böyük üstünlükdür”

“Qurban Qurbanov "Qarabağ" üçün böyük üstünlükdür”.

Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın sabiq baş məşqçisi Nikola Yurçeviçə aiddir.

2018-2020-ci illəri ölkəmizdə keçirmiş xorvatiyalı mütəxəssis azərbaycanlı həmkarını tərifləyib:

“O, Xosep Qvardiolanın və onun üslubunun pərəstişkarıdır. İmkan daxilində öz üslubunu “Qarabağ”da reallaşdırmağa çalışır.

Ağdam təmsilçisi əla texniki futbol oynayır, dominantlığı və topa sahib olmağı sevirlər. “Dinamo” heç bir halda “Qarabağ”ı qiymətləndirməməlidir.

Onların beynəlxalq təcrübəsi yüksəkdir. Bununla belə, məncə, “Dinamo”nun şansları daha çoxdur.

Amma yenə də başa düşmək lazımdır ki, “Qarabağ” zərərsiz rəqib deyil. Onlar bunu evdə uduzduqdan sonra “Ludoqorets”i məğlub edəndə göstəriblər.

Onların komandasında Juninyo, Abdullah Zubir, Yassin Benzia və Leandro Andradeni qeyd edərdim.

"Qarabağ"ın çempionatdakı oyunlarına baxmağa bir neçə min adam gəlir, amma avrokuboklarda oynayanda stadion dolur.

Stadiondakı atmosfer əla və ruhlandırıcı ola bilər. İştirak etdiyim “Qarabağ” – “Sevilya” matçını xatırlayıram, alqışlar gurultulu və əla idi”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…