COP29

“Qarabağ" Çempionlar Liqası üçün niyə böyüyə bilmir? - VİDEO

21 Avqust 14:40 Qarabağ 1 035
“Qarabağ" Çempionlar Liqası üçün niyə böyüyə bilmir? -  VİDEO

“Bəlkə də sonuncu dəfə “Qarabağ”ın hansısa bir avrokubok matçında bu qədər qol epizodunu boşa verdiyini xatırlamıram.

Rəqibin mərkəz müdafiəçiləri elə də yüksək profilli deyil.

“Qarabağ”ın basqısı fonunda çox top itirirdilər. Buna baxmayaraq, 3 ötürmə ilə cərimə meydançası içərisində təhlükəli epizodlar yaratmağı bacardılar.

Etiraf edək ki, işimiz çətin olacaq.

Möcüz olarmı? İnanmaq istərdim. Amma Çempionlar Liqası səviyyəsində hələ də böyüyə bilməmişik”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Dinamo" (Zaqreb) - "Qarabağ” (3:0) matçı barədə danışıb, komandamızın məğlubiyyətinin səbəbləri barədə şərh verib.

Elçin Cəfərov deyib ki, Yankoviç və Veşoviçin olmaması “Qarabağ”ın oyununda sürətə ciddi təsir göstərib.

Qeyd edib ki, monteneqrolu cütlüyün alternativləri yoxdur və Zarqebdə növbəti dəfə bunun şahidi olduq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…