COP29

Qurban Qurbanov 0:3-dən sonra: "Mən buna görə çox narahat deyiləm"

21 Avqust 02:30 Qarabağ 4 143
Qurban Qurbanov 0:3-dən sonra: "Mən buna görə çox narahat deyiləm"

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Dinamo"ya (Zaqreb) 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. "Dinamo"nun gücünü bilirdik. Ümumən pis hazırlaşmamışdıq. Sonda böyük riskə getmişdik. Futbolçularım sona qədər çəkinmədilər, hücumda oynadıq. Bəlkə 3-cü qol artıq oldu. Amma 3:0 hesablı qələbə qazanıblarsa, haqq ediblər. Rəqibi təbrik edirəm. Amma cavab oyunu olacaq. Bir az itkilərimiz var, bizə problem yarada bilər. Cavab matçına yaxşı nəticə üçün sona qədər vuruşan kollektiv hazırlayacağıq. Burada etdiyimiz bəzi səhvləri Bakıda düzəltməyə çalışacağıq.

- Qol epizodlarının dəyərləndirilməməsini ilə əlaqələndirirsiz?

- Futbolçuların eyforiyada olmasına inanmıram. Onları oyuna psixoloji olaraq hazırlamışdıq. Həqiqətən xeyli sayda qol epizodlarımız oldu. Rəqibin qapıçısını da nəzərə almaq lazımdır. Çox yaxşı oyun göstərdi. Futbolda belə hallar olur. Buna görə çox narahat deyiləm. Futbolçular bəlkə də Bakıda daha rahat olacaqlar. Bəzi futbolçular ilk dəfə idi Çempionlar Liqasının pley-offunda oynayırdı. Səviyyə qalxdıqca həyəcan çoxalır. Son vuruşlarda bəlkə də həyəcan mane olurdu. Buna görə futbolçularımı qınamıram.

- Redon Cica ilə Nəriman Axundzadəni meydana buraxmamağınızım səbəbi nədir?

- Bir o qədər də müdaxilə ediləsi səbəb yox idi. Sadəcə bir dəyişiklik etdik. Oyun normal gedirdi. Son 10 dəqiqədə rəqib bizi əks-hücumda tutdu. Oyunun tempi aşağı düşdükcə bu hallar oldu. Bakıda lazım olsa, dəyişikliklər edəcəyik. 0:3 hesablı məğlubiyyətə görə hansısa səbəb axtarmalı deyilik. Düzgün təhlil edib Bakıda çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…