COP29

“Qarabağ” Zaqrebdə layiq olmadığı acınacaqlı məğlubiyyət aldı

21 Avqust 01:00 Qarabağ 845
“Qarabağ” Zaqrebdə layiq olmadığı acınacaqlı məğlubiyyət aldı

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.

Sportinfo.az xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb.

5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

“Dinamo” – “Qarabağ” 3:0

Qollar: Marko Pyatsa, 30, Sandro Kulenoviç, 75, 80

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç)

VAR: Bastian Danker (Almaniya)

AVAR: Yohan Pfeyfer (Almaniya)

Zaqreb, "Maksimir"

"Dinamo:" 33. İvan Nevistiç, 22. Stefan Ristovski, 28. Kelvin Teofile-Ketrin, 13. Sami Mmae, 18. Ronael Pyer-Qabriel, 27. Yosip Mişiç, 20. Marko Pyaça, 25. Petar Suşiç, 10. Martin Baturina, 11. Arber Hoca, 9. Bruno Petkoviç (k).
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 3. Takuya Oqivara, 4. Raul Torrente, 6. Maksim Bernaur, 8. Lukas Kaçavenda, 17. Sandro Kulenoviç, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Baş məşqçi: Sergey Yakiroviç.

"Qarabağ": 97. Fabiyan Buntiç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 66. Patrik Andrade, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov,55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…