COP29

“Qarabağ”ı dəstəkləyəcək azarkeşlərin sayı məlumdur

20 Avqust 21:00 Qarabağ 1 001
“Qarabağ”ı dəstəkləyəcək azarkeşlərin sayı məlumdur

Bu axşam diqqətlər “Maksimir”də olacaq.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına bu stadionda çıxacaq.

Sportinfo.az xəbər verir ki, meydan sahibi “Dinamo” (Zaqreb) qonaq azarkeşlər üçün 1254 bilet ayırıb ki, bir vauçerin dəyəri 30 avrodur.

Lakin oyun saatında tribunada bu sayda “Qarabağ”sevər olmayacaq.

Əldə etdiyimiz məlumata görə, təxminən 100-ə yaxın soydaşımız matçı canlı izləmək üçün bilet alıb. Oyunun başlamasına bir neçə saat qaldığını nəzərə alsaq, göstərilən sayın bir qədər artacağı qaçılmazdır.

“Dinamo” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…