COP29

“Bu, “Qarabağ”dır, heç vaxt təslim olmur” - AÇIQLAMA

20 Avqust 21:20 Qarabağ 4 304
“Bu, “Qarabağ”dır, heç vaxt təslim olmur” - AÇIQLAMA

“Ludoqorets” sıradan rəqib deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç deyib.

Xorvatiyalı kiper Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Ludoqorets”lə keçirilən cavab matçından (2:7) danışıb

Ağdamlılar hesabı açsa da, ev sahibləri ardıcıl 2 qol vuraraq üstünlük qazanmağı bacardı. Buntiç həmin dəqiqələrdə yol verilən səhvləri müxtəlif səbəblərlə əlaqələndirib:

“Onlar ələ düşən fürsətləri dəyərləndirməyi bacarır. İmkan düşdü və bunu boşa vermədilər.

Biz Razqrada çatmaq üçün uzun məsafə qət etmişdik, meydan və azarkeş amili onların xeyrinə işləyirdi. Hesabı erkən açmağımız onları risk etməyə məcbur etdi və böyük qüvvə ilə üstümüzə gəldilər.

Bir də ki, 90 dəqiqə eyni tempdə oynayıb dominantlıq etmək mümkün deyil. Bəzən üstünlük rəqibin tərəfinə keçir.

Onlar həmin dəqiqələrdən yararlanmağı bacardılar. Hansı komandada oynadığımızın fərqindəyik.

Bu, “Qarabağ”dır, heç vaxt təslim olmur”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…