COP29

“Qarabağ”ın gecəsi – Hər cür imkan var

20 Avqust 20:00 Qarabağ 789
“Qarabağ”ın gecəsi – Hər cür imkan var

Çempionlar Liqasındakı qürur yerimiz “Qarabağ” bu gün növbəti oyuna çıxacaq.

Sözsüz, Zaqreb “Dinamo”su futbol ənənələrinə, ad-sanına, böyüklüyünə, büdcəsinə, avrokubok təcrübəsinə görə təmsilçimizi üstələyir.

Ancaq müasir futbolda adlar və pul yox, ağılla istək böyük rol oynayır. “Qarabağ” son 15 ilin ən parlaq dönəmini yaşadığını ötən avrokubok mövsümündə “Braqa”nı mübarizədən kənarlaşdırıb, 2 oyunda Almaniya çempionu “Bayer”in qapısından 4 top keçirməklə sübut etdi.

Builki göstəricilər də möhtəşəmdir. ÇL-də “Linkoln” və “Ludoqorets”ə qarşı 4 matçda meydana çıxan “köhlən atlar” 390 dəqiqə ərzində rəqib qapılarından 15 top keçirməyə nail olub. Bu, hər oyunda orta hesabla təxmini 4 qol deməkdir.

“Dinamo”nun “Maksimir” üstünlüyü “Qarabağ”ı qorxutmamalıdır. “Göylər” hər nə qədər azarkeş amilinə bel bağlasalar da, oyun alınmayanda, yaxud rəqib güclü təsir bağışlayanda, fanatların dəstəyi də işə yaramır. Yetər ki, ağdamlılar rəqibini təzyiq altında saxlayıb, hücumlara ara verməsin.

Xorvatlar cari mövsümdə avrokuboklarda ilk matçına çıxacaq. Bunun özü də mühərriki isti olan “Qarabağ” üçün böyük üstünlükdür.

Azərbaycan çempionunun “Dinamo”nu “Ludoqorets”in gününə salması üçün hər cür imkanı var. Yetər ki, hakim obyektivliyini qorusun, şans da tərəfimizdə olsun. Oyun və futbolçu keyfiyyəti baxımından “Qarabağ”dan narahat olmağa gərək yoxdur.

Cütün taleyinin “Maksimir”də həll olunacağı arzusu ilə, uğurlar, “Qarabağ”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…