COP29

“Qarabağ”ın yaddaşında qalan şəxs - O, “Dinamo” üçün fit çalanda...

20 Avqust 16:40 Qarabağ 961
“Qarabağ”ın yaddaşında qalan şəxs - O, “Dinamo” üçün fit çalanda...

“Dinamo” (Zaqreb) ilə “Qarabağ”ın oyununun hakimləri məlum olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Meydanda yaşananlara Qlenn Niberq nəzarət edəcək. Laynsman qismində ona Mahbot Beiqi ilə Andreas Soderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək.

35 yaşlı hakimi təcrübəli hesab edə bilərik. 2016-cı ildən FİFA hakimi statusuna yiyələnən Qlenn bu müddətdə klub və milli səviyyəsində 100-ə yaxın oyunda iş başında olub ki, belədə, yolu həm “Qarabağ”la, həm də “Dinamo”ilə kəsişib. Və bütün hallarda 2021-ci ildə.

İyulun 27-də Kiprdə “Omoniya” – “Dinamo” qarşılaşmasında meydanda baş verənlərə birbaşa cavabdehlik daşıyıb. Xovatlar səfərdə 1:0 hesablı qələbə sevinib.

Bir aydan sonra yolunu yenə Kiprdən salıb. Bu dəfə AEL – “Qarabağ” matçını idarə etmək üçün.

Xatırlayırsınızsa, heç-heçə yekunlaşan (1:1) oyunun 80-ci dəqiqəsində zədələnib və matçı davam etdirə bilməyib. Onu həmyerlisi Boyan Panciç əvəzləyib.

2021-ci ilin noyabrında Zaqrebdə baş tutan “Dinamo” – “Gent” dueli bu dəfə də isveçli referiyə tapşırılıb. Komandaların hərəyə 1 qol vurduğu qarşılaşma bərabərliklə başa çatıb.

Bir sözlə, Qlennin iştirakı ilə gerçəkləşən görüşlərdə “Dinamo” ilə “Qarabağ” məğlub olmayıb. Görək bu dəfə necə olacaq.

FIFA referisi bu il Almaniyada təşkil olunan Avropa çempionatının üç oyununu da idarə edib. AVRO-2024-də Rumıniya - Ukrayna (3:0), Albaniya - İspaniya (0:1) və Fransa - Belçika (1:0) qarşılaşmaları ona həvalə edilib.

Avqustun 20-də “Maksimir” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…