COP29

“Betis”lə eyni səviyyədə deyil, amma...” – Xorvatiya mediası “Qarabağ” haqda

20 Avqust 16:20 Qarabağ 1 183
“Betis”lə eyni səviyyədə deyil, amma...” – Xorvatiya mediası “Qarabağ” haqda

Xorvatiya mətbuatı Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Dinamo” (Zaqreb) – “Qarabağ” oyunu haqda yazıb.

Sportinfo.az xəbər verir ki, “Sportske novosti” nəşri Ağdam klubuna ciddi yanaşmaq lazım gəldiyini qeyd edib:

“Qarabağ” və “Ludoqorets” arasında keçirilən hər iki matça (1:2, 7:2) baxdıqdan sonra belə təəssürat yaranır ki, “Dinamo” artırmalıdır.

Onlar müdafiədə daha yaxşı və güclü olmalıdırlar. Necə ki, məsələn, “Betis”lə görüşlərdə belə olmuşdu.

“Dinamo” müdafiədə səhvlərə yol verməməlidir. Topa inamla nəzarət etməlidirlər. “Dinamo” “Qarabağ”a əks-hücum şansı verməməlidir, rəqib bu işdə kifayət qədər bacarıqlıdır.

“Qarabağ” “Betis”lə eyni səviyyədə deyil. Amma bu komanda mütləq hörmətə layiqdir.

Razqradda “Ludoqorets” üzərində qələbə qorxulu görünsə də, bu nəticə görülən 120 dəqiqənin əksi deyil.

Çünki Bolqarıstan çempionu əlavə vaxtın üçüncü dəqiqəsində dördüncü qolu buraxdıqdan sonra dağıldı. Onlar irəli atıldı və daha üç qol buraxdılar.

Azərbaycan çempionuna mütləq ciddi yanaşmaq lazımdır. Onların hər şeyin ətrafında döndüyü iki oyunçu var.

Bunlar hücumameyilli yarımmüdafiəçi Yassin Benzia və sol cinah oyunçusu Abdullah Zubirdir. Onlar daimi diqqət tələb edəcək əsl peşəkarlardır.

“Dinamo” bunu bilir və inanırıq ki, heç bir sürpriz olmayacaq. Bu təhlükəli duet nəzarət altında olacaq”.

“Dinamo” – “Qarabağ” oyunu bu gün “Maksimir”də keçiriləcək və matça saat 23:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…