COP29

"Qarabağ"ın futbolçuları Zaqrebdə yağışa düşdü - VİDEO

20 Avqust 14:40 Qarabağ 715
"Qarabağ"ın futbolçuları Zaqrebdə yağışa düşdü - VİDEO

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk oyununda Xorvatiyada "Dinamo"nun qonağı olacaq.

"Maksimir" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan çempionu dünən burada son məşqə çıxıb. "Köhlən atlar" hazırlıq prosesi zamanı yağışa düşüb.

Bu səbəbdən komanda çalışmaları bir qədər dayandırıb. Qurbanov, köməkçiləri və futbolçular yağışdan qorunmaq üçün texniki zonaya sığınıb.

Baş məşqçinin yardımçılarından Zaur Tağızadə və digərləri bu təbiət hadisəsini videoya çəkib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…