COP29

"Qarabağ" üçün Zaqrebdə fürsət: Qurban Qurbanov nə düşünür? - VİDEO

20 Avqust 13:00 Qarabağ 783
"Qarabağ" üçün Zaqrebdə fürsət:  Qurban Qurbanov nə düşünür? - VİDEO

"Zaqrebdə diqqət yetiriləməsi vacib məqam rəqibin azarkeş amili ilə bərabər basqı edib, xaosa sürükləmək istəyinin qarşısını almaqdır.

"Qarabağ" özünəxas oyun planına sadiqliq nümayiş etdirməlidir.

Topsuz oyuna üstünlük versə, işini çətinə salmış olar".

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək "Dinamo"(Zaqreb)- "Qarabağ matçı barədə danışıb.

O, xorvatların üstün və mənfi tərəfləri haqda məlumat verib.

Xüsusilə meydanın rəqibə aid hissəsində edilən pressinqin komandamıza əlavə üstünlük qazandıra biləcəyinə diqqət çəkib:

"Meydan sahiblərində sağ stoperlə cinah oyunçuları arasında mövqe sığortalarında problemlər mövcuddur. Hətta o tərəfə edəcəyimiz basqılarla rəqibə qırmızı vərəqə belə aldıra bilərik".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…