COP29

"Qarabağ" bu gecə Zaqrebdə necə zəfər qazana bilər?

20 Avqust 22:20 Qarabağ 429
"Qarabağ" bu gecə Zaqrebdə necə zəfər qazana bilər?

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına çıxacaq.

Rəqib Zaqreb "Dinamo"sudur.

Avrokuboklara növbəti dəfə uğurlu start verən təmsilçimiz rəqib tanımır.

Son çempionumuz 2-ci mərhələdə Cəbəllütariq çempionu "Linkolin"in, ardınca daha təcrübəli "Ludoqorets"in daşını daş üstə qoymadı.

Xüsusilə bolqarlarla səfər görüşündə əldə edilən parlaq zəfər (2:7) diqqət çəkən oldu.

Üzərindən azalır 2 həftə keçsin.

Hələ də Razqradda yaşanan tarixi gecəni unutmayanlar var.

Hətta bir qədər irəli gedib Qurban Qurbanovun komandasından eyni qələbələri xorvatlar önündə gözləyənlər var. Özünü indidən ÇL-də hiss edənlər də az deyil.

Düzdü, inam yaxşı haldır. Ancaq pafosla qarışdırılmasa.

Unutmayaq ki, budəfəki rəqib daha sanballıdır.

Bunu biz yox, sayacaqlarımız faktlar deyil.

Qarşımızda "Qarabağ"dan daha təcrübəli kollektiv var.

Birbaşa pley-off mərhələsindən mübarizəyə başlamaları səbəbsiz deyil.

Büdcələri "köhlən atlar"la müqayisədə ən azı 3 dəfə daha zəngindir.

Xorvatiyanın sonuncu çempionudur. Yeni mövsümə ardıcıl 3 qələbə ilə start verib.

Heyətinin 4 üzvü Xorvatiya millisinin 2 həftə sonra UEFA Millətlər Liqasında Portuqaliya və Polşa ilə qarşılaşmalar üçün dəvət alıb.

"Qarabağ"ın Polşa çempionatının ortabab komandasından etdiyi transferə seviniriksə, zaqreblilər bir neçə gün əvvəl İtaliya nəhəngi "Roma"dan gənc Yan Oliverası heyətinə qata bildi.

Hər il bu komandanın heyətindən neçə-neçə ulduz Avropa meydanlarına ayaq açır.

Meydan amilin də unutmaq olmaz.

"Maksimir"dəki azarkeşlərin çılğın dəstəyi artıq bir çox futbolsevərə yaxşı tanışdır.

Qısası, "Dinamo" son illər təsnifat mərhələsində qarşımıza çıxan ən bərk komandalardan biridir.

Onu da unutmaq ki, "Qarabağ" ciddi itkilərlə meydana çıxacaq.

Deməli, təmsilçimizi səfərdə son illərin ən ağır sınaqlarından biri gözləyir.

İnanaq ki, nisbətən münasib rəqiblərlə oyunda sıralanan və Bolqarıstanda əldə edilən parlaq qələbə düşərgədə arxayınlıq yaratmayacaq.

Əksinə daha ciddi, daha inamlı və intizamlı oynamaq üçün zəmin yaradacaq.

Yalnız belədə növbəti tarixi zəfər bizə daha yaxın görünə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…