COP29

"Qarabağ" Avropanın diqqətini növbəti dəfə özünə çəkdi

20 Avqust 11:20 Qarabağ 1 602
"Qarabağ" Avropanın diqqətini növbəti dəfə özünə çəkdi

"Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub.

"Köhlən atlar" Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (əsas vaxt - 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.

Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın "Lans" (1977/1978), Kiprin "Omoniya" (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda dörd dəfə fərqləniblər.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…