COP29

"Qarabağ”dan "Dinamo" ilə oyunöncəsi VACİB...

20 Avqust 17:00 Qarabağ 2 904
"Qarabağ”dan "Dinamo" ilə oyunöncəsi VACİB...

"Qarabağ" Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

Təmsilçimiz "Linkoln"dən sonra bu dəfə Bolqarıstan çempionun yolundan kənarlaşdıra bildi.

Evdə 1:2 uduzduğu qarşılaşmanın revanşında Ağdam klubu "Ludoqorets"ə ağır zərbə vuraraq mərhələ adlayan tərəf oldu.

Qurban Qurbanovun komandası Avropada böyük təcrübəsi olan rəqibini doğma evində biabır etdi - 2:7.

Düzdü, komandamız tarixi nəticə ilə növbəti mərhələyə adlaya bildi.

Amma heç bir halda turun "Qarabağ" üçün asan keçdiyini iddia etmək olmaz.

Cavab görüşündəki nəticəyə rəğmən Razqrad klubu hər iki matçda da bərk komanda təsiri bağışladı.

Əbəs deyil ki, 200 dəqiqəyə yaxın tərəflər bir-birini üstələyə bilmədi.

Əlavə vaxtda Toral komandamızı önə keçirəndən sonra da çətin anlar yaşadıq. Sadəcə 110-cu dəqiqədə Redon Cicanın qolu rəqib düşərgəni pərən-pərən saldı. Darmadağının əsas səbəbi də bu idi. Yalnız son dəqiqədə rahat nəfəs ala bildik.

"Qarabağ" hər iki qarşılaşmada da təkcə "Ludoqorets"in layiqli mübarizəsi ilə üz-üzə qalmadı, həm də hakimlərin qərəzli münasibəti ilə mübarizə aparmalı oldu.

Bakıdakı görüşdə isveçrəli baş hakim Urs Sneyder bolqarların meydanda rahat nəfəs almasına, istədiyi formada sərt müdaxilə etməsinə göz yumdusa, səfər görüşündə də italiyalı Simon Sozza "köhlən atlar"a antipatiyası ilə yadda qaldı.

28-ci dəqiqədə rəqibin meydanında sıradan qayda pozuntusan görə Bəhlul Mustafazadəyə sarı vərəqə göstərməyin başqa izahı ola bilməz. O an ağlımdan "referilər "Qarabağ"a mane olmaq üçün meydana çıxıb" fikri keçdi.

Axı xristiyan qardaşlığı aşkar sezilirdi.

Bəlkə də çoxları üçün bu adi qərar kimi görünə bilər.

Lakin hakimin çox da diqqət cəlb etməyən 1 səhv qərarına görə Bəhlul növbəti 90 dəqiqəni ehtiyatlı oynamağa məcbur qaldı. Bir stop üçün belə şərtlər altında oynamaq çox ağırdır. Epizodlara ürəklə gedə bilmirsən ki, ikinci sarı vərəqəni ala bilərəm.

Hakim qərəzi yalnız penal vermək, qırmızı vərəqə göstərməklə olmur.

Adətən elə yuxarıda xatırlatdığım kiçik gedişlərlə olur.

Çox şükür ki, "Qarabağ" hər iki oyunda da hakimlərin xoş olmayan münasibəti ilə üz-üzə qalsa da yekundə arzuladığımız nəticəni qazana bildi.

Ümid edək ki, Zaqreb "Dinamo"su ilə matçlarda eyni mənzərə yaşanmayacaq.

Lakin futbolçular indidən buna hazır olmalı, lazım olan reaksiyanı meydançadaca göstərməlidilər.

Rezqradda olduğu kimi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…