“Biz hər şeyə hazırıq, hətta əlavə vaxta, penaltilərə də”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.
“Sizcə, “Ludoqorets”lə səfər matçında cütün taleyi baxımından hansı amil həlledici olacaqmı” sualını kapitan belə cavablandırıb:
“Ludoqorets” yaxşı komandadır. Heyətlərində çox güclü futbolçuları var.
Əks hücumları da çox təhlükəlidir. Bir sözlə, hər şeyə hazır olmalıyıq.
Əvvəlki matçlardan fərqli olaraq, bu dəfə “Kəpəz”lə oyunda cəmi 3 qol vurduq. Hələ mövsümün əvvəlidir.
Bir qədər oyun təcrübəsi lazımdır. Zaman keçdikcə artıracağıq”.