COP29

“Bakıda "Qarabağ"la heç-heçə bizim üçün yaxşı nəticə olar"

6 Avqust 2024 14:20 Qarabağ 703
“Bakıda "Qarabağ"la heç-heçə bizim üçün yaxşı nəticə olar"

"Ludoqorets"in müdafiəçisi Olivye Verdon Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı bu gün Bakıda keçiriləcək ilk oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az “topsport.bg” portalına istinadən xəbər verir ki, beninli bu gün keçiriləcək oyun haqda bunları deyib:

"Qələbə qazanmaq həmişə daha yaxşıdır. Cavab matçının Razqradda baş tutacağını bilirik.

İlk oyunda heç-heçə və ya qələbə bizim üçün yaxşı nəticə olardı. Bundan sonra işimizi ev oyununda görməliyik”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ludoqorets" matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti