Juninyo “Linkoln”a Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 3 qol vuraraq “Qarabağ”ın Avropada het-trik edən ilk futbolçusu oldu.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu bu haqda belə deyib:
“İstənilən halda, bu, mənim üçün sevindirici məqamdır. Amma ondan da sevindirici məqam komandamın qələbəsidir”.
27 yaşlı “sambaçı” azarkeşlərin stadionda çoxluq təşkil etməsindən də söz açıb:
“Əslində, bu qədər azarkeşin gələcəyini gözləyirdim. Avropa miqyaslı yarışlarda azarkeşlər həmişə bizə dəstək olublar.
Ümid edirəm ki, nəinki Avropa yarışlarında, milli çempionatda da azarkeşlər gəlib bizə dəstək olacaqlar”.