COP29

“Linkoln”un kapitanı “Qarabağ” barədə elə ifadələr işlətdi ki...

3 Avqust 2024 20:40 Qarabağ 9 991
“Linkoln”un kapitanı “Qarabağ” barədə elə ifadələr işlətdi ki...

“Linkoln”un müdafiəçisi Bernardo Lopes Sportinfo.az-a müsahibə verib.

Hazırda Cəbəllütariq millisinin şərəfini qoruyan “Benfika”nın yetirməsi olan kapitan "Qarabağ”a 0:5 hesablı yenilgid haqda sualları cavablandırıb.

-Ağır məğlubiyyətdən sonra danışmağın asan olmadığını bilirəm. Amma yenə də oyunlar bağlı fikirlərini eşitmək xoşdur.

-“Qarabağ”ın çox-çox yaxşı komanda olduğunun fərqindəyik. Onların hansı hədəflər uğrunda mübarizə apardıqları göz qabağındadır. Belə rəqiblərə qarşı səfərdə oynamaq həqiqətən çətindir. Ancaq yenə də bacardığımızı etməyə çalışdıq. Düzəltməli və öyrənməli olduğumiuz çox şeylər var. Başımızı dik tutub irəli boylanacağıq.

- Bakıda hansı nəticəyə ümid edirdiniz?

- Bura döyüşmək, layiqli mübarizə aparmaq üçün gəlmişdik. Futbolda bəzən keyfiyyət yox, istər rol oynayır deyə, yaxşı olacağına ümid edirdik. “Qarabağ”ın təklif etdiyini sürətin və ayrı-ayrı futbolçuların ustalıq səviyyəsinin qarşısında tab gətirə bilmədik. Buraxdığımız səhvlərdən nəticə çıxarmaqla gələcəkdə daha yaxşısını edə bilərik.

- “Qarabağ”a tərif yağdırırsan. Bu komandanı Çempionlar Liqasının qrup mərhələsində təsəvvür edirsən?

- Şansları kifayət qədər yükəkdir. Ötən mövsüm etdiklərinə baxın. Görün, hansı komandalarla oyunlarda hansı nəticələrə imza atdılar. Şans var, qalır istifadə etmək. “Qarabağ” yaxşı təşkilatlanmış, xüsusən hücumlar zamanı təhlükəli rəqibdir.

- Oyundan sonra Leandro Andrade ilə xeyli söhbət etdin. Olmaya karyeranı Azərbaycanda davam etdirməkdə maraqlısan.

- (gülür) Yox-yox. O barədə ümumiyyətlə söhnbət etmədik. “Linkoln”un futbolçusuyam və öz işimi görməyə çalışıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti