COP29

Əgər Juninyo olmasaydı...

2 Avqust 23:00 Qarabağ 849
Əgər Juninyo olmasaydı...

“Qarabağ”ın “Linkoln” üzərində qazandığı parlaq qələbədə Juninyo xüsusi pay sahibi oldu.

Braziliyalı hücümçu ilk hissədə vurduğu 3 qola ikinci yarıda bir məhsuldar ötürmə əlavə etməklə gecənin adamına çevrildi.

Juninyo etdiyi het-triklə “Qarabağ”ın avrokubok tarixinə düşdü. Belə ki, indiyə qədər heç bir futbolçu beynəlxalq arenalarda bir oyunda 3 qol vura bilməmişdi.

Azərbaycan klublarının avrokubok tarixində isə bunu bacaran ilk futbolçu Badri Kvaratsxeliyadır.

Millimizin də şərəfini qorumuş forvard 2000-ci ilin yayında “Şəmkin” – “Skonto” qarşılaşmasında Latviya çempionunun qapıçısını 3 dəfə məyus etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti