COP29

“Qarabağ”ın başqanı “Zirə” və “Sabah”ı təbrik etdi: “Bu, bizə böyük qürur və ümid verir”

2 Avqust 00:40 Qarabağ 446
“Qarabağ”ın başqanı “Zirə” və “Sabah”ı təbrik etdi: “Bu, bizə böyük qürur və ümid verir”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa miqyaslı turnirlərə uğurlu start münasibətilə Azərbaycan klublarını təbrik edib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlamasında o, təmsilçilərimizə növbəti mərhələdə uğurlar arzulayıb:

“Azərbaycan klublarının yeni start götürən Avrokubok mövsümündə göstərdiyi performans futbol ictimaiyyəti olaraq hamımızı sevindirir.

Komandam “Qarabağ”ın Çempionlar Liqasına inamlı başlaması, rəqibini iki oyunun nəticəsinə görə böyük hesabla məğlub etməsi,

“Zirə” və “Sabah” klublarının UEFA Avropa Konfrans Liqasında növbəti mərhələyə adlaması bizə böyük qürur və gələcək oyunlar üçün ümid verir.

Avropa arenasında qazanılan hər bir qələbə, keçilən hər bir mərhələ Azərbaycan futbolu adına irəliyə doğru atılmış bir addımdır.

Bu, həm Avropada klub reytinqimizin yüksəlməsinə, həm də Azərbaycan klublarının tanınmasına və inkişafına birbaşa təsir edir”.

T.Gözəl növbəti mərhələdə də klublarımıza uğurlar arzulayıb:

“Bu uğurların arxasında duran klub rəhbərliklərini, məşqçilərimizi, futbolçularımızı, klub əməkdaşlarımızı və azarkeşlərimizi ürəkdən təbrik edirəm, növbəti mərhələdə "Qarabağ"la yanaşı, "Zirə" və "Sabah"a uğurlar arzulayıram.

Azərbaycan futbolsevərlərini klublarımızın yanında olmağa və onları dəstəkləməyə çağırıram”.

Digər Xəbərlər
Xəbər Lenti