COP29

"Qarabağ" aldığı son transfer təklifini geri çevirdi

31 İyul 19:20 Qarabağ 5 165
"Qarabağ" aldığı son transfer təklifini geri çevirdi

"Qarabağ"ın Juninyo Olavionu bu yay satmayacağı qətiləşib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Ağdam təmsilçisinin braziliyalı forvardı üçün gələn sonuncu təklif isə Yunanıstandan olub.

Belə ki, PAOK Juninyonu transfer etmək istəyib. Saloniki təmsilçisi "Qarabağ"ın əsas hücumçusunu bu yay heyətinə qatmağı planlaşdırıb.

Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan Yunanıstan klubu Juninyonu istəsə də, sonda bundan vaz keçməli olub.

Məsələ burasındadır ki, PAOK braziliyalının "Qarabağ"da qalacağını bildikdən sonra fərqli hücumçu axtarışına çıxıb.

2023-cü il iyulun 1-də "Çaveş"dən "Qarabağ"a keçən forvard 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti