COP29

“Qarabağ”da məşqçiliyə başlayan kapitan: “Bilirəm ki, çox şey edə bilərəm”

29 İyul 23:20 Qarabağ 687
“Qarabağ”da məşqçiliyə başlayan kapitan: “Bilirəm ki, çox şey edə bilərəm”

"Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev məşqçiliyə başlayıb.

Veteran müdafiəçi Ağdam təmsilçisinin akademiyasında çalışacaq.

34 yaşında butsılarını mıxdan asan Medvedev U-14 komandasında baş məşqçi Samir Musayevin köməkçisi təyin olunub.

O, Sportinfo.az-a açıqlamasında deyib:

“Bilirəm ki, çox şey edə bilərəm.

Hansı öqtələrdə boşluqların olduğunu görmək, niyə bir yerə qədər irəlilədikdən sonra qəfil dayanmağımız, əvəzedici komandaların üzvlərinin əsas komandanın futbolçuları ilə rəqabət apara bilməmələri, akademiyalarda uşaq futbolundan Premyer Liqaya qədər yol açmaq üçün vahid sistemin olmaması – bu və digər məqamlar mənim üçün ciddi suallar yaradır.

İki oğlum futbolla məşğul olur, baxıram ki, ortada iş var, ancaq nəticə tam istənilən səviyyədə deyil. Başqa bir nümunə, əvəzedici komandaların oyunçuları bizimlə məşqə gələndə onların hazır olmadıqlarını görürdüm.

Arada qırılmalar var, həmin nöqtələri tapıb problemləri aradan qaldırmalıyıq. Əvəzedici komandadan əsas heyətə yüksələn və özünü sübut edən son dövrün yetirmələri mən, Qara Qarayev, Rauf Əliyev, Əfran İsmayılov olduq.

15 il bundan əvvəl biz əsas komandanın məşqlərinə qoşulub, 1 il məşq edəndən sonra “11-lik” üzvlərinə çevrilməyi bacarmışdıq.

İndiki gənclər 2 ildir əsas komanda ilə birlikdədir, ancaq gözlənilən effekti vermirlər. Bəzən düşünürəm, niyə “Sabah”la “Neftçi”nin akademiyaları nəticə baxımından “Qarabağ”ı qabaqlayır?”.

Digər Xəbərlər
Xəbər Lenti