COP29

Gündəm! "Qarabağ" niyə çox transfer etmir?

29 İyul 22:20 Qarabağ 2 787
Gündəm! "Qarabağ" niyə çox transfer etmir?

"Qarabağ" niyə çox transfer etmir?

Xüsusilə hər yay fasiləsində, avrokuboklar ərəfəsində Ağdam klubunun ünvanına səslənən bu iradı eşidirik.

Əvvəlki illərdə futbol ictimaiyyətinə hardasa haqq vermək olardı.

Axı son illər birqayda olaraq hər avrokubok mövsümündən sonra "köhlən atlar" bir neçə əsas simasını itirməli olurdu. Belədə gedənlərin yerini doldurmaq mütləq olurdu. Tələb də hardasa yerinə otururdu.

Amma bu gün "Qarabağ"da tam başqa mənzərədir. Mövsümün sonu "Qarabağ"dan ayrılan oyunçular arasında yalnız Andrey Lunyovun gedişini qeyd etmək olar. Mənim şəxsi düşüncəmə görə isə rusiyalı o qədər də parlaq ad deyildi. Və yerinə Fabian Buntiç gətirilib. Ondan başqa Şahruddin Məhəmmədəliyev geri qaytarılıb. Əlavə bir qapıçı axtarışı da davam edir.

Əvəzində ötən mövsüm əla sezon keçirən və yaxşı təkliflər alan Yassin Benziya, Olavio Juninyo, Marko Yankoviç, Leandro Andrade, Julio Romao, Abdullah Zubir kimi adlar bu gün də komandadır. Bəlkə də son illərdə ilk dəfədir klub parlayan bu qədər addan bir nəfəri belə buraxmadı. "Ulduzlar karvanı"na dur demək elə də asan məsələ deyildi. Avropa klublarından, ərəblərdən gələn milyonluq təkliflər hələ aylar əvvəl qapıda idi. "Qarabağ" rəsmiləri parlayan üzvlərini həmin təkliflərdən amanda saxlaya bildi. Bunun özü yeni transferlərin edilməsindən də dəyərlidir.

Məgər heyətin qorunması transfer sayılmır?

Mütləq Benziya, Juninyo getməli və yerinə kimlərsə gəlməlidir?

Və həmin yeni gələnlərin daha yaxşı da yox, heç bunlar qədər olacaqları belə qaranti deyil.

Qalib heyəti dəyişməzlər prinsipi futbolun yazılmamış qanundur.

Bu, yalnız oyundan-oyuna hesablanmış qanun deyil.

Bu həm də mövsümdən-mövsümə keçərlidir.

Yəni ötən mövsümü qazanan heyəti saxlamaq mütləqdir, köklü dəyişikliyə getmək əsla olmaz. Gücləndirmək barədə düşünmək isə hər zaman keçərlidir.

"Qarabağ" da bu adddımları çox böyük həssaslıq və peşəkarlıqla atır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti