COP29

"Qarabağ"dan MÜHÜM AÇIQLAMA: "Futbolçularımızın 90 faizinə transfer təklifi gəlib"

26 İyul 15:00 Qarabağ 3 694
"Qarabağ"dan MÜHÜM AÇIQLAMA: "Futbolçularımızın 90 faizinə transfer təklifi gəlib"

«Yəqin ki, qarşıdakı müddətdə yeni transferlərimiz olacaq. Ancaq bunun qədər vacib olan bir məsələ də var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib.

Ağdam klubunun təcrübəli funksioneri heyəti daha da gücləndirmək və Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib.

Uzun illərdir «köhlən atlar»ın uğurlu fəaliyyətində mühüm rol oynayan idarəçi qeyd edib ki, mövcud heyətin qorunması çox mühüm məsələdir:

«Bilirsiz ki, «Qarabağ» heç vaxt transfer xatirinə transfer etməyib. Bu, həmişə belə olub və bundan sonra da belə olacaq.

Baş məşqçimiz bu məsələlərə çox həssas yanaşır. Bəzən yersiz tənqidlər eşidirik, deyirlər ki, niyə «Qarabağ» hər «transfer pəncərəsi» açılan vaxt beş-altı transfer eləmir.

Qurban müəllim kimləri desə, alacağıq. Bu, bir nəfər də ola bilər, beş nəfər də. Əsas olan onun «Qarabağ»ın səviyyəsinə uyğun gəlməsidir.

Bəlkə də kimsə buna bir o qədər əhəmiyyət vermir, amma hazırkı heyətin qorunması da yeni transferlər etmək qədər əhəmiyyətlidir.

Bu yay futbolçularımızın 90 faizinə müxtəlif ölkələrdən təkliflər gəlib. Onlara «Qarabağ»da qazandıqlarından qat-qat artıq məbləğ təklif olunub.

Bu qədər təklif gəldiyi halda, hazırkı heyəti qoruyub saxlaya bilmişik. Açıq deyim, bu, kifayət qədər çətin işdir və sevinirəm ki, öhdəsindən gəlmişik».

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?