“34 yaş mənə görə futbolda aysberqin zirvəsidir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib,
34 yaşlı müdafiəçi iyunda butsılarını mıxdan asdı. Yaşıl meydanlarla elə yetirməsi olduğu klubda vidalaşdı.
Onu karyerasını 35-i gözləmədən başa vurmağa nə vadar etdi? Güc qalmamışdı, yoxsa başqa planlar var idi?
Səbəbkarı dinləyək:
“Gizlətmirəm, son vaxtlar oyunlar, məşqlər, bir sözlə, monotonluq məni yorurdu. 17 ildir “Qarabağ”ın əsas heyətində yer alırdım.
13 il Azərbaycan millisinə dəvət olunmuşam, ondan əvvəl müxtəlif yaş qruplarından ibarət yığmalarda oynamışam.
Ömrümün yarısı yollarda, təyyarələrdə, səfərlərdə keçdi. Yaşa dolduqca özümdə tənbəllik hiss edirdim, əvvəlki qədər həvəsli olmadığımı anlayırdım”.