Sportinfo.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə uğurla başladı.
Ağdam təmsilçisi dünən Cəbəllütariqdə keçirilən ilk matçda yerli “Linkoln”a 2:0 hesabı ilə qalib gələrək üçüncü mərhələyə adlamaq yolunda inamlı addım atdı.
Həmin görüşü stadiondan 700-dək azarkeş izləyib.
QOL.az-ın xəbərinə görə, “Linkoln”un kiçiktutumlu stadionunda oyuna canlı baxanlar arasında “Qarabağ”ın azsaylı azarkeşləri də yer alıb.
Onların arasında “Qarabağ”ın futbolçularının yaxınları da olub.
Diqqətçəkən məqamlardan biri Leandro Andradenin doğmaları, yaxınları olduğu güman edilən şəxslərin daha çoxluq təşkil etməsi idi.
Onlar bu matçı izləmək üçün yaxın ölkələrdən Cəbəllütariqə səfər ediblər. Tribunada yer alan 12 azarkeşin hər birinin əynində Leandro Andradenin adı yazılmış “Qarabağ”ın forması olub.
Qeyd edək ki, Kabo-verdeli futbolçu dünənki matçda start heyətdə meydana çıxıb və sona qədər oynayıb.