"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"a qarşı keçiriləcək cavab matçının hakimləri dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, matçı əvvəlcədən nəzərdə tutulduğu kimi Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakim Yakob Sandberqdir. Ona yan xətt hakimləri Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yens Mae yerinə yetirəcək.
"Qarabağ" - "Linkoln" oyunu iyulun 30-da keçiriləcək. İlk oyunda Azərbaycan çempionu rəqibini 2:0 hesabı ilə məğlub edib.